Bilgi:
Lunar.az Informasiya Portali...

  • Şənbə   19 dekabr 2020   23:20:12  
97 yaşlı babadan orduya 1000 manat dəstək - FOTO-VİDEO

97 yaşlı babadan orduya 1000 manat dəstək - FOTO-VİDEO



Ölkəmizdə Vətən müharibəsinin getdiyi bir vaxtda böyükdən-balacaya qədər hamı cəbhədə şücayət göstərən düşmənə aman verməyən ordumuza dəstək olur. O insanlardan biri də İsmayıllı rayon Tircan kənd sakini 97 yaşlı Babakişi Fətullayevdir.

Lunar.az ARB-yə istinadən xəbər verir ki, II Dünya Müharibәsi veteranı Babakişi Fәtullayev Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə ordumuzun uğurlu hərbi əməliyyatına dəstək olmaq məqsədilə Silahlı Qüvvələrə Yardım Fonduna 1000 manat məbləğində ianə köçürüb. Qazanc mәnbәyi aylıq təqaüdü vә arıçılıq tәsәrrüfatı olan baba öz tәşәbbüsü ilə bu addımı atdığını deyir.

Babakişi Fәtullayev haqlı davamızda hərkəsi ordumuzun yanında olmağa, birlik bərabərlik nümayiş etdirməyə, Prezidentimizin ətrafında sıx birləşməyə çağırır.

Babakişi Fәtullayev – İsmayıllı sakini:“Bərabər olub, yardım edək. Hökumətimizə həm maddi, həm də mənəvi dəstək olaq ki, düşmənə qalib gələk”.



Onun övladı İslam Fәtullayev dә sözügedәn fonda 300 azn köçürərək dəstək olub.

İslam Fәtullayev – İsmayıllı sakini:“Rayonumuzun bir neçə fəal arıçıları yığışıb cəbhədə olan qardaşlarımıza arıçı payı olaraq bal göndərdik”.




[video=]








İnformasiya
Qonağ qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Sponsorlu Bağlantılar
  • ÇOK OXUNAN
  • YENİ