Parisdə koronavirusa qarşı tədbirlərə etiraz edən əhali yolu bağladı
Fransanın paytaxtı Parisdə COVID-19-a qarşı karantin tədbirlərinə etiraz edən iaşə işçiləri ayağa qalxıb.
Bu barədə "Parisien” qəzeti xəbər yayıb.
Bildirilir ki, şəhərdə bəzi restoranların bağlanmasına etiraz olaraq, bu gün səhər restoran biznesi və iaşə şirkətləri nümayəndələrinin iştirakı ilə aksiya başlayıb.
Etirazçılar Paris dairəvi yolunda hərəkəti bir saat ərzində bağlayıblar. Sonra hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən etirazçılar dağıdılıb.