Ermənistan tərəfinin Azərbaycanın dinc əhalisinə qarşı törədilmiş cinayətlərin statistikası - FOTO
Azərbaycanın Baş Prokurorluğu Ermənistanın Azərbaycanın mülki əhalisinə qarşı hücumları ilə bağlı yeni məlumat yayıb.
Qurumun Mətbuat xidmətindən verilən məlumata görə, Ermənistan silahlı qüvvələrinin hücumları nəticəsində 41 mülki şəxsi qətlə yetirilib, 205 nəfəri isə yaralanıb.
146 mülki obyekt və 1165 yaşayış evi, 57 çoxmənzilli yaşayış binası yararsız vəziyyətə düşüb.//Oxu.az