Bilgi:
Lunar.az Informasiya Portali...

  • Şənbə   19 dekabr 2020   23:20:12  
Baltikyanı ölkələr NATO-nu köməyə çağırırlar

Baltikyanı ölkələr NATO-nu köməyə çağırırlar

Baltikyanı ölkələr NATO-nu köməyə çağırırlar

Türkiyə tankları
NATO-nun Şərqi Avropadakı üzvləri alyansı Rusiya ilə sərhəddə mümkün qədər qısa müddət ərzində sanballı hərbi qüvvə cəmləşdirməyə və bu qüvvələri “maksimal uzun müddətə” orada saxlamağa çağırır.

ANS PRESS-in məlumatına görə, bu narahatlıq Rusiyanın Baltik ölkələrinə mümkün hərbi müdaxiləsi ilə bağlıdır.

“The Washington Post” qəzetinin yazdığına görə Latviyanın xarici işlər naziri Edqars Rinkeviç fevralın 26-da Vaşinqtona səfəri zamanı NATO-nun iyulda Varşavada keçiriləcək sammitini gözləmədən alyansın Baltik regionunda güclü qoşun birləşmələri dislokasiya etməli olduğunu deyib. Nazirin sözlərinə görə, NATO “olduqca birmənalı və qətiyyətli bəyanatla” çıxış edərək Rusiyanı mümkün hərbi müdaxilədən çəkindirmək üçün regionda hərbi qüvvə cəmləşdirəcəyini bildirməlidir. “Bu qüvvələr nə qədər uzun müddət lazım olsa o qədər regionda qalmalıdır, çünki bizim belə qonşumuz var”- deyə Edqars Rinkeviç qeyd edib.

Edqars Rinkeviç - Latviyanın xarici işlər naziri
Rinkeviçin sözlərinə görə NATO-nun hazırda Baltik regionundakı bir neçə yüz nəfərlik heyəti Rusiya təhdidinə qarşı yetərli deyil. Bu hərbi kontingentin sayını artırmaq, o cümlədən ağır silahlar və tanklar cəmləşdirmək lazımdır. Xarici işlər naziri Latviyanın hava hücumundan müdafiə sistemini gücləndirməyə də kəskin zərurət hiss etdiyini deyib. Nazirin sözlərinə görə, Latviya hava hücumundan müdafiə sistemini gücləndirsə NATO-nun əsas qüvvələrinin köməyə yetişməsinə qədər ölkəni müdafiə edə bilərdi.

NATO: "Lazım gəlsə Rusiyaya hücum edərik"
Rusiya ilə NATO arasında 1994-cü ildə imzalanmış razılaşmaya əsasən alyans Şərqi Avropa ölkələrinin ərazisində daimi əsasda çoxsaylı hərbi heyət yerləşdirməməlidir. Təhlükəsizliyi təmin etmək üçün köməyə yetişməyə hazır qüvvələri Qərbi Avropadakı bazalarda saxlamalıdır. Bu səbəbdən Rusiya xəbərdarlıq edir ki, Baltik ölkələrində NATO-nun iri hərbi heyətinin yerləşdirilməsi bu razılaşmanın pozulması deməkdir və dərhal adekvat cavab tədbirlərinin görülməsinə səbəb olacaq.

Lakin Latviya xarici işlər naziri deyib ki, onun ölkəsi Rusiyanın getdikcə artan hərbi təhdidləri qarşısındadır. Rinkeviçin sözlərinə görə, Rusiya artıq “hibrid müharibəyə” başlayıb, bura təxribatçı hərbi addımlar və təbliğat metodlarından istifadə daxildir. Nazir deyib ki, əvvəl Rusiya təbliğatı Baltik ölkələrinin rusdilli əhalisinə hesablanmışdı, indi isə bu təbliğat cəmiyyətin bütün təbəqələrinə şüuraltı təsir göstərməyə hesablanıb.








İnformasiya
Qonağ qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Sponsorlu Bağlantılar
  • ÇOK OXUNAN
  • YENİ