ABŞ-ın Nevada ştatının Las-Veqas şəhərində bir yaşlı uşaq faciəli şəkildə ölüb.
Lunar.az xəbər verir ki, bununla bağlı “People” nəşri məlumat yayıb.
27 yaşlı Sidni Dil təsadüfən azyaşlı qızının avtomobildə köməksiz qaldığını görüb. Maşının qapıları bağlı olduğu üçün S.Dil çıxış yolu axtarmağa başlayıb.
Təmirə pulu çatmadığı üçün o, polis əməkdaşlarının avtomobilin şüşəsinin qırılması təklifi ilə razı olmayıb. O, çıxış yolu tapana qədər azyaşlı avtomobildə istidən ölüb.
Qızın hərəkət etmədiyini görən polislər avtomobilin şüşəsini qırıblar və məlum olub ki, azyaşlı artıq həyatını itirib. (Oxu.az)