"Cəbrayıla gedəndə dizlərimi yerə qoyub torpağından öpəcəm" - Ramil Səfərovun atası - VİDEO
Xəbər verdiyimiz kimi Azərbaycan ordusunun zabiti Ramil Səfərovun da doğulduğu Cəbrayıl rayonunun Şəybəy kəndi işğaldan azad olunub.
Lunar.az xəbər verir ki, "Xəzər" Tv Ramil Səfərovun atasının evində olub. Cəbrayılın işğaldan azad olunmasını böyük sevinc hissi ilə qarşılayan Sahib Səfərov fikirlərini bölüşüb:
"Cəbrayıla, onun havasına,suyuna, torpağına qurban olum. O, sevinci Ramil vətənə geri gətiriləndə də keçirtdim, indi də keçirdirəm bundan sonra da keçirəcəm. İstər istəməz əl-ayağım əsdi. Çox sevinirəm ki, orada daha erməni ayağı dəymir. O dağlar, meşələr, sərçələr də bizdən ötrü darıxıb. Cəbrayıla ilk ayaq basan gün dizimi yerə qoyub torpağından öpəcəm. Hər yer gözümün qabağındadır". [/size BiG.AZ