Türkiyəli alpinistlər Azərbaycana belə dəstək oldular - FOTO
Türkiyəli alpinistlər Ərzurum şəhərində yerləşən Tortum şəlaləsinin yamacından Azərbaycan və Türkiyə bayraqlarını asıblar.
Bu barədə Türkiyə Alpinizm Federasiyası paylaşım edib.
Türkiyə Alpinizm Federasiyasının Ərzurum şəhrə nümayəndə heyəti Azərbaycanın ərazilərini erməni işğalçılarından azad etməsi əməliyyatına dəstək olaraq şəhər mərkəzindən 87 kilometr məsafədə olan Tortum şəlaləsində bu aksiyanı keçirdiklərini qeyd ediblər.
21 metr enində, 48 metr hündürlükdə yerləşən şəlalədən alpinistlər Azərbaycan və Türkiyə bayraqları ilə eniş həyata keçiriblər.
Qurumun Ərzurum təmçilcisi Erdal Emeç şəlalədən indiyədək ən anamlı və yüksək məna kəsb edən bir enişi həyata keçirdiklərini bildirib: “Qardaş ölkəmiz Azərbaycan çox əhəmiyyətlə, həm də çətin günlərini yaşayır. Biz də yanlarında olduğumuzu göstərmək üçün belə bir jest etmək istədik. Azərbaycan və Türkiyə, iki bayraq, bir millət. Ərzurumdan azərbaycanlı qardaşlarımıza Dağlıq Qarabağda apardıqları haqlı mübarizələrində uğurlar diləyirik və hər zaman yanlarında olduğumuzu bilmələrini istəyirik.
Alpinist Mustafa Tekin də haqlı mübarizəsində Azərbaycanın arxasında dayandıqlarını və bu şərəfli mübarizəni Azərbaycan xalqının qələbə ilə başa vurmasını dilədiyini bildirib.(publika)