Bilgi:
Lunar.az Informasiya Portali...

  • Şənbə   19 dekabr 2020   23:20:12  
Parkda yuxuya getdilər, toy üçün yığdıqları pul oğurlandı-Video

Parkda yuxuya getdilər, toy üçün yığdıqları pul oğurlandı-Video

Türkiyənin Mersin şəhərində parkda yuxuya gedən cütlüyün toyları üçün yığdıqları pul oğurlanıb.

35 yaşlı Fatma Polat və 51 yaşlı Mustafa Zülküflü parkta oturduqları yerdə yuxuya gediblər. Onlar səhər oyananda görüblər ki çantaları oğurlanıb.

Çantanın içində 800 avro (1 613 AZN) və 650 lirə (144 AZN) toyları üçün yığdıqları pul olub.

Cütlük bu barədə polisə şikayət edib.

F.Polat uzun müddət yatdıqlarına görə, onlara yuxugətirici maddə qoxuladıldığından şübhələnir.(Oxu.az)


]








İnformasiya
Qonağ qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Sponsorlu Bağlantılar
  • ÇOK OXUNAN
  • YENİ