Bilgi:
Lunar.az Informasiya Portali...

  • Şənbə   19 dekabr 2020   23:20:12  
Ramin Bayramlıdan koronavirus vaksinasiyası ilə bağlı açıqlama

Ramin Bayramlıdan koronavirus vaksinasiyası ilə bağlı açıqlama


İlkin mərhələdə əhalinin 20 faizinə koronavirusa qarşı vaksinin vurulması nəzərdə tutulub. Xezerxeber.az-ın məlumatına görə, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin İdarə Heyətinin sədri Ramin Bayramlı Koronavirusla Mübarizəyə Dəstək Fondunun İctimai Nəzarət Şurasının SARS-CoV-2 virusuna qarşı vaksinasiya məsələləri ilə bağlı iclasında deyib.

O bildirib ki, koronavirusa qarşı peyvəndin kimlərə vurulacağı ilə bağlı strategiya hazırlanır. Strategiya yaxın günlərdə ictimaiyyətə təqdim ediləcək. Vaksinlərlə bağlı Azərbaycanda iki istiqamətdə iş aparılır. Bir istiqamət vaksinin ölkədə istehsal edilməsi, digər istiqamət isə xaricdən alınaraq gətirilməsidir. Birinci istiqamət mümkün görünmədiyindən Ümumdünya Səhiyyə Təşkilatının qeydə aldığı vaksinin alınaraq ölkəyə gətirilməsi nəzərdə tutulur. Bunun üçün sentyabrın 18-də saziş imzalanıb.

Vaksinin ümumi dəyərinin bir hissəsi, yəni 3 milyon 235 min 840 dolları avans məbləği şəklində indi ödənməlidir. Məsələ Koronavirusla Mübarizəyə Dəstək Fondunun İctimai Nəzarət Şurasının üzvləri ilə müzakirə edilib və vəsaitin ödənilməsinə razılıq verilib. Qeyd edilib ki, peyvəndin risk qrupunda və sıx təmaslarda olan şəxslərə könüllü şəkildə vurulması nəzərdə tutulur. Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


[video=]








İnformasiya
Qonağ qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Sponsorlu Bağlantılar
  • ÇOK OXUNAN
  • YENİ