Bilgi:
Lunar.az Informasiya Portali...

  • Şənbə   19 dekabr 2020   23:20:12  
“Hamıya planşet paylaya bilmərik ki...” – Təhsil Nazirliyindən açıqlama

“Hamıya planşet paylaya bilmərik ki...” – Təhsil Nazirliyindən açıqlama

Lunar.az sfera.az -a istinadən xəbər verir.

Mövcud pandemiya səbəbi ilə dünya ölkələrinin bir çoxunda olduğu kimi ölkəmizdə də distant təhsil tətbiq olunur. Tədris prosesinin bu qaydada aparılması isə öz növbəsində əksər məktəblilər, eləcə də tələbə və müəllimlərin texniki vasitələrlə təminatı baxımdan narazılığı ilə nəticələnib.



Bəzi dövlətlər ehtiyacı olan şagirdlərin texniki problemlərinin aradan qaldırılması üçün onlara planşet paylayır və internet məsələsini həll edir.

Maraqlıdır, bizdə necə, bu variant tətbiq oluna bilərmi?



Məsələ ilə bağlı danışan Təhsil Nazirliyi yanında İctimai Şuranın sədr müavini Nadir İsrafilov məktəblilərin texniki problemlərinin aradan qaldırılması istiqamətində işlər getdiyini bildirərək, eyni zamanda əhalini bu nöqsanları şişirtməməyə çağırıb:

"İndi Azərbaycanın pandemiyaya qarşı mübarizəsini dünya ölkələrinin bir çoxu nümunə götürür. Təhsil sahəsində problemlərin yaşanması tək bizdə müşahidə olunmur. BMT, UNİCEF, UNESCO kimi təşkilatlar cari vəziyyətdən çıxış yollarını müzakirə edirlər. Düzdür, distant və virtual təhsil ənənəvi dərslərin yerini verə bilməz, amma bu hala etiraz etmək də doğru deyil. Çünki bu problem kütləvidir.



İndi hər şeyi Təhsil Nazirliyinin də üstünə yıxmaq olmaz. Hətta Bakının özündə də internet problemi yaşayan məktəblilər, tələbələr var. Texniki problemlərin aradan qaldırılması tək Təhsil Nazirliyindən aslı olan məsələ deyil. Düzdür, biz də məsələ qaldırıb bu probelmlərin aradan qaldırılmasına çalışırıq, amma bütünlüklə məsələnin həlli də bizlik deyil.


Lakin tələbələrin, şagird və müəllimlərin texniki problemlərinin aradan qaldırılması üçün dövlət tərəfindən böyük işlər görülür. Təhsilə ayrılan büdcədən mümkün olduğu qədər həm bölgələrdə həm də Bakıda tədris prosesinin texniki problemlərinin həlli üçün vəsait ayrılır.


Qonşu Türkiyədə məktəblilərə planşet paylanması tətbiq olunub. Bizdə 4500 məktəb, 1 milyon 600 min şagird var. Eyni zamanda tələbələr və müəllimlərin də sayı yetərincədir. Onların hamısına biz planşet paylayıb texniki problemlərini həll edə bilmərik ki...


İndi hansısa bölgədə şagird və müəllimlərin texniki problemlərinin olması narahatlığa səbəb olmalı deyil. Prezident də tələbə və müəllimlərə müraciətində dəbildirib ki, bizim indi əsas vəzifəmiz bu bəladan çıxmaqdır. Xalq, millət olaraq belə durumda həmrək olub, nöqsanları şişirməməliyik ”.








İnformasiya
Qonağ qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Sponsorlu Bağlantılar
  • ÇOK OXUNAN
  • YENİ