Bilgi:
Lunar.az Informasiya Portali...

  • Şənbə   19 dekabr 2020   23:20:12  
Pensiya alanlara ŞAD XƏBƏR - Artım olacaq

Pensiya alanlara ŞAD XƏBƏR - Artım olacaq

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, pensiya təminatının inkişafına, sığorta-pensiya sisteminin təkmilləşdirilməsinə istiqamətlənən islahatlar davam etdirilir. Pensiyaçıların sosial müdafiəsinin daha dolğun təminatı üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində "Əmək pensiyaları haqqında qanuna dəyişiklik" layihəsi hazırlanıb. Pensiya sistemi təkmilləşdirilir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi pensiya qanunvericiliyində bir sıra dəyişiklikləri nəzərdə tutan layihə hazırlayıb. Layihə pensiyaçıların hüquqlarının artırılmasına, güzəştli pensiya təminatının əlçatanlığına şərait yaradacaq. Nəzərdə tutulan dəyişikliklərdən biri pensiyaçıların öz pensiya növünü dəyişdirməyə qoyulan məhdudiyyətin aradan qalxması ilə bağlıdır. Bundan əlavə yeni layihədə ailə başçısını itirməyə görə pensiya hüququ olan şəxs özünün pensiya haqqından imtina edərək başqa bir pensiya və sosial müavinətə keçərsə, bu zaman onun payına düşən məbləğ digər ailə üzvləri arasında bölüşdürülür. Yenidən hesablanma proaktiv qaydada həyata keçiriləcək, vətəndaşa pensiyasının nə qədər artması və nə vaxtdan ödənilməyə başlayacağı onun mobil telefonuna və ya ünvanına göndəriləcək. Qeyd edək ki, yeni qanun layihəsi son hazırlıq mərhələsi yekunlaşdıqdan sonra Nazirlər Kabinetinə təqdim olunacaq.









İnformasiya
Qonağ qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Sponsorlu Bağlantılar
  • ÇOK OXUNAN
  • YENİ