Hər il Rusiyaya əmək fəaliyyəti ilə məşğul olmaq üçün xeyli əcnəbi gəlir. Onlar arasında həmyerlilərimiz də müəyyən paya malikdir. Rusiya hökuməti qeyri-qanuni miqrantların sayını azaltmaq üçün ölkəyə giriş qaydalarında dəyişikliklər edir. Rusiya vətəndaşı ilə yaxın qohumluğu olan əcnəbilər bir illik viza ala biləcəklər. Bunun üçün yaxın qohumun sadə yazılı müraciəti kifayət edir.
Rusiya hökuməti əcnəbi vətəndaşlar üçün ölkəyə giriş prosedurunu sadələşdirib.
Belə ki, ölkə vətəndaşı ilə yaxın qohumluq əlaqələri olan əcnəbilər ölkəyə giriş üçün sənədlərini sadələşdirilmiş qaydada tərtib edə biləcəklər.Yaxın qohumlar dedikdə isə həyat yoldaşı, valideyn, övlad, qardaş, bacı, baba, nənə və nəvələr nəzərdə tutulur.
Yeni qaydalara görə əcnəbilər bir ilə qədər qüvvədə olacaq uzunmüddətli viza ala biləcək və bunun üçün Rusiya vətəndaşının sadə yazılı müraciəti kifayət edir. Dövlət Miqrasiya Xidməti yanında ictimai şuranın sədri Azər Allahverənov bildirib ki, ölkədəki qeyri-qanuni miqrantların sayını azaltmaq, eləcə də onların statuslarını leqallaşdırılmaq məqsədilə Rusiya bu addımı atır.
Viza hüququnu saxlamaq üçün üç aydan bir ölkə xaricinə getməklə bağlı nəzərdə tutulan tələb də Rusiya qanunvericiliyindən çıxarılacaq.
Azər Alllahverənov əlavə edib ki, bu tələb xüsusilə əmək fəaliyyətilə məşğul olanlar üçün daha sərfəlidir.