Sabirabad rayonunda zəhərlənmə hadisəsi baş verib. Lunar.az report-a istinadən xəbər verir ki, talassemiya xəstəsi olan rayon sakini 20 yaşlı Ağalarova Mirada Seyidbala qızı bir neçə dərmanı ard-arda içərək zəhərlənib.
Yaxınları xəstəni dərhal Kürdəmir rayon Mərkəzi Xəstəxanasına aparıblar. Xəstənin vəziyyəti ağır olduğundan həkimlər onu dərhal reanimasiya şöbəsinə yerləşdiriblər.
Hazırda onun vəziyyəti ağırdır və müalicəsi davam etdirilir.