Bilgi:
Lunar.az Informasiya Portali...

  • Şənbə   19 dekabr 2020   23:20:12  
Məktəb müdirinə töhmət verməkdənsə

Məktəb müdirinə töhmət verməkdənsə


Avtobus sürücüsü işləməyə məcbur olan məktəb direktoruna töhmət verilir.
Niyə ?
O müdirə töhmət verməkdənsə onun problemlərinin həllinə kömək edilsəydi bax bu addım təqdirə layiq hesab edilərdi.
Neyləyib ki , nə pis iş görüb ?
Bəs töhməti yazan insanlar sizin müəllimləriniz olmayıbmı ?
Məyər budurmu müəllimə hörmət ?
Əgər bu gün təhsildə belə bir halların həlli töhmət də görürülsə onda hansı inkişafdan söz gedə bilər.
Müəllim adını ləkələyənləri , ucuzlaşdırıb ayaq altına atan insanlara töhmət verilməlidir.
Kişi halallıqla çörəyini qazanır .
Belə bir mənzərəni görmək sizə xoş deyilsə əgər onda zamanında problemləri ilə maraqlanın müəllimlərin.
Çıxıb efirdə savadlı kimi danışmaq
Savadlı insan olmaq anlamına gəlmir !
Savadı ilk növbədə bizə müəllimlər verir.
İnsan olmağı həyat öyrədir.
Savadlı insan olmağı isə insan yaşadığı ömürdə və həyatın gedişatında göstərir.
Onlar yeni nəsillərin elmli , savadlı , olması üçün çalışan insanlardı.
Unutmayaq ki müəllimlər olmasaydı biz nə yaza bilərdik , nə oxuya bilərdik.
Müəllim nə gözəl sözdü hər birimizin müəllimi olub.
Bir vəzifədə işləmək üçün verilən öhdəlikləri yerinə yetirmək üçün ilk növbədə insanların problemləri ilə maraqlanmaq sonra müzakirəyə çıxarıb doğru qərarlar qəbul etmək lazımdır.
İlk növbədə
Təhsil sistemində tənzimləmə, idarəetmə və nəzarət funksiyalarının dəqiq müəyyən edilməlidir.
Yeni kurikulumların hazırlanması və tətbiqi;
Dərsliklərin təkmilləşdirilməsi və müasir dövrə uyğunlaşdırılması, məktəblərdə və xüsusəndə ali təhsil müəssisələrində sovet dövründən qalma dərsliklərin yeniləri ilə əvəz olunması lazımdır.
Təəsüf ki yeni dərc edilən dərsliklərdə nə qədər səhvlər var.
Yazılışda və fikir bildirilərkən uşaqların yaş həddi və psixolojı olaraq qavraması nəzərə alınmalıdır mütləq.
“Müəllimlərin əlavə qazanc mənbəyi axtarmaması” üçün probleminin həlli üçün əmək haqlarının yüksəldilməsi, eləcə də, stimullaşdırıcı mexanizmlər və səmərəli monitorinq sistemi vasitəsilə müəllim fəaliyyətinin keyfiyyətinin artırılması vacibdir.
Ümummilli lider Heydər Əliyev təhsil sahəsində problemlərin həlli istiqamətində çox mühüm addımlar atıb böyük işlər görüb.
bu proseslərin həyata keçirilməsində, xalqın, cəmiyyətin inkişaf etdirilməsində təhsilin müstəsna rol oynadığını dönə-dönə qeyd etmişdir.
Bununla bağlı demişdir: "
Azərbaycan müstəqil dövlət kimi yeni iqtisadi, siyasi yolla gedərək, dünyanın bütün ölkələrinin, xüsusən Qərb ölkələrinin təcrübəsindən istifadə etməyə çalışır və təhsilin də təkmilləşdirilməsində bu təcrübədən istifadə etmək lazımdır".

REJİSSOR ÜMİD AMİN








İnformasiya
Qonağ qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Sponsorlu Bağlantılar
  • ÇOK OXUNAN
  • YENİ