Avqustun 27-də keçirilən hərraclarda neftin əsas markaları 2 faizdən artıq ucuzlaşıb.
Lunar.az xəbər verir ki, Londonun "İCE Futures" birjasında “Brent” markalı neft axşam saatlarında əvvəlki sessiyaya nisbətən 2,19 faiz ucuzlaşaraq 44,64 ABŞ dollarından satılıb.
Ekspertlər bunu "Laura" tropik qasırğasının ABŞ-ın Meksika körfəzi sahillərinə çataraq xeyli fəsadlar törətməsi, o cümlədən neft hasilatına təsiri ilə əlaqələndirirlər. Xatırladaq ki, ilkin olaraq 4-cü güc dərəcəsi təyin edilən, küləyin sürəti arada 240 km/saatadək artdığı "Laura" qasırğası nəticəsində bir nəfər ölüb. Daha sonra qasırğaya 2-ci güc dərəcəsi verilib.