Bilgi:
Lunar.az Informasiya Portali...

  • Şənbə   19 dekabr 2020   23:20:12  
“O toya gedənlər Tovuz şəhidlərinin ailələrindən üzr istəməlidirlər“ - Deputat

“O toya gedənlər Tovuz şəhidlərinin ailələrindən üzr istəməlidirlər“ - Deputat

"Qalmaqallı toyda iştirak edənlər həm də Tovuz döyüşlərində şəhid olan hərbçilərimizin ailələrindən üzr istəməlidirlər".

Lunar.az xəbər verir ki, bu sözləri Modern.az-a Milli Məclisin deputatı, hakim Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının sədri Məlahət İbrahimqızı Prezident Adminisdtrasiyasının sabiq rəhbəri, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Ramiz Mehdiyevin nəvəsinin toyundan danışarkən deyib.

Məlahət İbrahimqızı bildirib ki, YAP İcra katibinin müavini, deputat Siyavuş Novruzov koronavirus pandemiyası dövründə karantin qaydalarını və qanunu pozaraq akademik Ramiz Mehdiyevin kürəkəni, sabiq deputat İlham Əlisəftər oğlunun qızının toyunda iştirak etçəklə cəmiyyətdə çox ciddi haqlı narazılıq yaradıb:

"Həqiqətən də Siyavuş Novruzov və toyda iştirak etmiş digər vəzifəli şəxslərin bu hərəkəti qəbuledilməz və bağışlanmazdır. YAP tərəfindın Siyavuş Novruzova töhmət verilib, lakin bu gün o, tutduğu vəzifədən istefa verdiyini bildirdi. Sözsüz ki, bu çox doğru qərardır. İctimaiyyət və partiya üzvləri bu qərarı səbirsizliklə gözləyirdi".

Deputat xatırladıb ki, YAP Heydər Əliyevin ideyaları və onun rəhbərliyi ilə yaradılıb:

"Bu, xalqın öz xilaskarından israrlı tələbi idi. Çünki o dövrdə ölkə dağılmaq təhlükəsilə qarşılaşmışdı. Xalq ümummilli liderin ətrafında birləşmək istəyi ilə ona müraciət edirdi. Həyat da bu müdrik və doğru qərarı sübut etdi. Dahi dövlət adamı Heydər Əliyev ölkəni, müstəqilliyimizi və xalqımızı fəlakətdən qorudu. Ona görə, bu gün hər kəs bilməlidir ki, YAP bizim hər birimiz üçün əziz əmanətdir. Eyni zamanda, partiyanın 800 mindən artıq üzvünün hər biri bu əmanəti sədaqətlə qorumalı və ona xidmət etməlidir. Hər birimiz gələcəyimiz naminə öz töhfələrimizi etməliyik. Həm şəxsi nümunəmizlə, həm də əmək fəaliyyətimizlə dövlətçiliyimizə, partiyamıza xələl gətirməməliyik, əksinə, cəmiyyətdə müsbət fikir və rəy formalaşdırmalıyıq.

2003-cü ildən möhtərəm Prezidentimiz cənab İlham Əliyev YAP-a rəhbərlik edir. İnsanlar partiyamızın sədrinə olan sevgi, inam, etimad və güvəncə görə YAP-a üz olmaq üçün müraciət edirlər. Ona görə kimliyindən, tutduğu vəzifədən və nə vaxtsa etdiyi xidmətlərdən asılı olmayaraq hər kəs qanunun aliliyi qarşısında cavab verməlidir".

Məlahət İbrahimqızı bildirib ki, AMEA prezidenti, akademik Ramiz Mehdiyevin kürəkəni, sabiq deputat İlham Əlisəftər oğlunun qızının Bakıda keçirilən qalmqallı toy mərasimi qanunçuluğa hayqırıdır:

"Bu toyda iştirak edən dövlət məmurları və deputatlar da qanun qarşısında cavab verməli və cəzalandırılmalıdır. Bu toyda iştirak edən dövlət məmurları və deputatlar cəzalandırılmaqla bərabər, ictimaiyyətdən üzr də istəməlidirlər. Koronavirus pandemiyası və karantin qaydalarından əlavə, biz Tovuz döyüşlərində qəhrəman şəhid vermişik. Sıravi əsgərdən generala qədər. Xalqımızın adət-ənənəsinə görə 40 gün matəm olmalıdır. Bunu nəzərə alanda həmin toyun təşkilatçıları və toyda iştirak edənlər şəhid ailələri qarşısında da xəcalət çəkməlidirlər.

Biz ağsaqqal deyəndə ağarmış saqqal nəzərdə tutmuruq, ağsaqqal müdriklik rəmzidir. Hər alimə və ya hər universitet bitirənə ziyalı deyilmir. Ziyalının həm də əxlaqı olmalıdır. Və ya siyasətçinin mənəviyyatı olmasa, seçicinin bütün arzuları puç olar. Bu mənada hər kəs qanun qarşısında cavab verməli və öz günahlarını yumaq üçün müvafiq adekvat addımlar atmalıdır".









İnformasiya
Qonağ qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Sponsorlu Bağlantılar
  • ÇOK OXUNAN
  • YENİ