Bilgi:
Lunar.az Informasiya Portali...

  • Şənbə   19 dekabr 2020   23:20:12  
Son dəqiqə: Azərbaycanda bu qadağa ləğv  edildi

Son dəqiqə: Azərbaycanda bu qadağa ləğv edildi

Sərt karantin rejiminin tətbiq olunduğu 13 şəhər və rayonda qeyri-ərzaq mallarının satışını həyata keçirən ticarət obyektlərinin fəaliyyətinə bu gündən icazə verilib. Oxu24.com -un məlumatına görə, Nazirlər Kabineti yanında Operativ Qərargahın sərt karantin rejiminin yumşaldılması istiqamətində qəbul etdiyi növbəti tədbirlər paketinə əsasən, Bakı, Sumqayıt, Gəncə, Yevlax, Masallı, Cəlilabad, Mingəçevir şəhərlərinin və Abşeron, Bərdə, Salyan, Xaçmaz, Goranboy, Göygöl rayonlarının ərazisində qeyri-ərzaq mallarının satışını həyata keçirən ticarət obyektləri və əhaliyə məişət xidmətləri göstərən obyektlər (iri ticarət mərkəzləri istisna olmaqla) 2020-ci ilin avqustun 10-u saat 00.00-dan fəaliyyət göstərə bilər. İri ticarət mərkəzlərinin fəaliyyəti isə bərpa olunmayacaq.








İnformasiya
Qonağ qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Sponsorlu Bağlantılar
  • ÇOK OXUNAN
  • YENİ