loading...
loading...
Söhbət otağı
Söhbət otağı
Söhbət otağı
loading...
Kanadada azərbaycanlılara hücum edən ermənilər axtarışa verildi - RƏSMİ
Kanadada azərbaycanlılara hücum edən ermənilər axtarışa verildi - RƏSMİ
loading...

Avqust ayının 1-dən 2-nə keçən gecə Kanadanın Toronto şəhərində yerli erməni icmasının üzvləri soyuq və odlu silahdan istifadə edərək, orada yaşayan iki soydaşımıza qarşı növbəti çirkin təxribat törədiblər.

Bununla bağlı Azərbaycan Respublikasının Kanadadakı Səfirliyi məlumat yayıb.

Bildirilib ki, bir qrup erməninin hücumuna müqavimət göstərən iki soydaşımız müəyyən dərəcəli xəsarətlər alıblar. Soydaşlarımızın vəziyyəti hazırda sabitdir, bir soydaşımız xəstəxanadadır.

Torontoda yaşayan Azərbaycan icmasının verdiyi məlumata əsasən, cinayət yerinə dərhal icma üzvləri və çox sayda polis nəfərləri gəlib. Polis zərər çəkmiş şəxslərdən izahatlar alıb və icma üzvlərimizin məlumatı əsasında təxribatı törədən milliyyətçə erməni şəxslərin yeri müəyyən edilib. Fakt üzrə yerli hüquq-mühafizə orqanları tərəfindən axtarış işləri aparılır və müvafiq tədbirlər həyata keçirilir.

Baş vermiş təxribatla bağlı icma üzvləri dərhal Səfirliyi məlumatlandırıb.

Səfirlik Kanadanın müvafiq orqanları ilə məsələni nəzarətdə saxlayır və araşdırmanın nəticələri ilə bağlı məlumat təqdim edəcək.




loading...
loading...
(səs: 0)
Şərhlər: 0
Baxılıb: 171
loading...





  • Foto.Lunar.az
    İnformasiya
    Qonağ qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
    Reklam
    Musiqim.az
    Xəbər lenti HAMISI

    Musiqi HAMISI

    HAMISI Ən çox oxunanlar

    Reklam
    Səsvermə
     

    Ən çox hansı mövzuya aid xeber xoşlayırsız


     
     

    Рейтинг@Mail.ru

    Məlumatlardan istifadə zamanı www.Lunar.az-a istinad edilməsi vacibdir. Sayt bütün brauzerlər ilə tam dəstəklənir.
    Copyright © 2016-2020. Bütün hüquqlar qorunur!