TƏBİB Azərbaycanda koronavirusla bağlı son vəziyyəti açıqladı
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Azərbaycanda koronavirusla bağlı son sutkaya olan statistik göstəriciləri açıqlayıb.
Məlumatda bildirilir ki, hazırda ölkədə 7805 nəfər aktiv koronavirus xəstəsi var. Onlardan 322 nəfər reanimasiyada, 65 nəfər isə süni tənəffüs cihazındadır.
Qeyd olunub ki, bu gün 8221 test edilib. Edilən ümumi test sayı 649 953-ə çatıb.