Bilgi:
Lunar.az Informasiya Portali...

  • Şənbə   19 dekabr 2020   23:20:12  
General Polad Həşimov necə vurulub? – AÇIQLAMA

General Polad Həşimov necə vurulub? – AÇIQLAMA

Keçmiş korpus komandiri, general-leytenant Yaşar Aydəmirov şəhid general-mayor Polad Həşimovun öldürülməsilə bağlı ilginc açıqlama verib.
Lunar.az xəbər verir ki, Yaşar Aydəmirov Polad Həşimovun həlak olması ilə əlaqədar LafTV-yə müsahibəsində bildirib ki, şəhid generalın hərəkət trayektoriyası izlənilib.
Y.Aydəmirov cəbhənin Tovuz istiqamətində gedən döyüşlər zamanı general-mayor Polad Həşimovun həlak olmasını çox ciddi hadisə adlanırıraraq, Ali Baş Komandanın bu məsələni elə-belə qoymayacağını vurğulayıb.
O, erməni tərəfində bu cür texnologiyaların olmadığını, kənardan onlara iri dövlətlərin yardım etdiyini də vurğulayıb.
“Ermənilərdə belə dəqiq silahlar yoxdur. Kənardan onlara yardım edilib. General daim qərargahda oturmur, hərkətdə olur”.

Bununla yanaşı. Y.Aydəmirov deyib ki, P.Həşimovun harda zərbəyə tuş gəlməsi hələ rəsmi açıqlanmayıb: “Mən bilirəm harda olub. Amma Müdafiə Nazirliyi rəsmi açıqlama verməyib”.

Generalın sözlərinə görə, Tovuzda baş verən təxribat əvvəlcədən hazırlanmışdı: “Bu, Ermənistanın işi deyildi. Başqa iri dövlətlərin işidir…”

Məsələyə Azərbaycan İnternet Forumunun prezidenti, İKT mütəxəssisi Osman Gündüz də münasibət bildirib:
“Yaşar Aydəmirovun dediyindən belə güman etmək olar ki, general Polad Həşimovun və onu müşayiət edənlərin hərəkət trayektoriyası qonşu ölkələrin peyklərinin köməyi ilə izlənilib.
Düşünmək olar ki, bu məqsədlə generalın və ya onu müşayiət edənlərin istifadəsində olan xüsusi rabitə vasitələrinə müdaxilə olub.

Yeri gəlmişkən, maraqlıdır görəsən bizim hərbidəki xüsusi rabitə vasitələrimiz hansı ölkənin istehsalıdır və hərbi üçün rabitə infrastrukturunu kim qurub?

Beləliklə, güman etmək olar ki, peyk və rabitə texnologiyalarından istifadə etməklə onların kordinatlarını müəyyən ediblər və bu kordinatlar dərhal, real vaxt müddətində erməni ordusuna yönləndirilib.

Peyklə kordinat müəyyən edib həmin kordinata zərbə endirmək bir an məsələsidir.
Zərbə isə dəqiq olduğundan düşünmək olar ki, general Polad Həşimovun öldürülməsi ilə bağlı bütün hazırlıqlar və müşahidələr öncədən, real vaxtda ermənilərlə qarşılıqlı formada həyata keçirilib.

Xatırlayıram ki, məşhur çeçen generalı, Çeçenistanın ilk prezidenti Cövhər Dudayevi də Rus ordusu, onun mobil telefonla danışdığı 10 dəqiqə müddətində koordinatlarını peyklə müəyyən edərək SU-25-dən həmin kordinata atılan raket zərbəsi ilə öldürmüşdülər.

General Aydəmirovun dediyindən belə qənaətə gəlmək olur ki, hazırda bu istiqamətdə ciddi araşdırmalar gedir”.
Qeyd edək ki, general-mayor Polad Həşimov iyulun 13-dən 14-ə keçən gecə Tovuz rayonu istiqamətində döyüş zamanı şəhid olub. (modern.az)









İnformasiya
Qonağ qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Sponsorlu Bağlantılar
  • ÇOK OXUNAN
  • YENİ