Bilgi:
Lunar.az Informasiya Portali...

  • Şənbə   19 dekabr 2020   23:20:12  
Sabirabadda avtomobil piyadanı vurub öldürdü

Sabirabadda avtomobil piyadanı vurub öldürdü

Sabirabadda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Bununla bağlı Daxili İşlər Nazirliyinin Mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, iyulun 13-də saat 16 radələrində Sabirabad rayonunun Qaratuğay kəndinin ərazisində Yenikənd kənd sakini H.Salahov idarə etdiyi “VAZ-2106” markalı avtomobillə yolu keçən kənd sakini Səbuhi Rüstəmovu vurduqdan sonra avtomobili aşırıb.

S.Rüstəmov hadisə yerində ölüb.

Faktla bağlı Sabirabad Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.








Информация
Посетители, находящиеся в группе Qonağ, не могут оставлять комментарии к данной публикации.
Sponsorlu Bağlantılar
  • ÇOK OXUNAN
  • YENİ