Nişanlı cütlüyün davasına ailələr qoşuldu, qan töküldü: Bir ölü, beş yaralı
Türkiyədə nişanlı cütlüyün davasına ailələr müdaxilə edərkən qan tökülüb.
Bu barədə Sondakika.com məlumat yayıb.
Bildirilib ki, hadisə zamanı bir nəfər ölüb, beş nəfər yaralanıb. Daş, silah və odunların istifadə edildiyi hadisə yerinə çox sayda polis və təcili yardım maşınları cəlb edilib.
Polislərin giriş-çıxışını bağladığı məhəllədə davanın davam etdiyi və bəzi evlərin oda verildiyi qeyd edilib.