Rusiyada beş yaşlı pişikdə COVID-19-un törədicisi olan SARS-CoV-2 virusu aşkarlanıb.
Lunar.az xəbər verir ki, bu barədə Ümumdünya Heyvan Sağlamlığı Təşkilatı məlumat yayıb.
Bildirilib ki, virusa yoluxmuş heyvan karantinə alınıb.
Pişik sahiblərinin koronavirus xəstəsi olub-olmaması barədə məlumat verilmir və xəstəliyin əlamətləri barədə də məlumat yoxdur.
Agentliyin məlumatında bildirilib ki, əvvəllər dünyada bir neçə itin, ev pişiklərinin və pələngin COVID-19-a yoluxması faktları təsdiqlənib. Amma onların hamısı yoluxmuş insanlarla təmasda olublar. (publika.az)