Bilgi:
Lunar.az Informasiya Portali...

  • Şənbə   19 dekabr 2020   23:20:12  
Türkiyədə dörd gün evdən çıxmaq qadağan edildi

Türkiyədə dörd gün evdən çıxmaq qadağan edildi


Bu gün Türkiyədə Prezident Rəcəb Tayyip Ərdoğanın iştirakı ilə keçirilmiş Nazirlər Kabinetinin toplantısında koronavirusa qarşı karantin tədbirlərinin davam etdirilməsi və nisbətən yumşaldılması ilə bağlı qərar verilib.

“HaberGlobal” xəbər verir ki, çərşənbə günü, 13 may tarixində 0-15 yaşlı uşaqlara günün müəyyən saatlarında küçəyə çıxmağa icazə veriləcək. Eyni imkan 15 may tarixində 15-20 yaşlı yeniyetmələr üçün də keçərli olacaq.

Xatırladaq ki, qardaş ölkədə 20 yaşa qədər şəxslərin evdən çölə çıxması qadağan edilmişdi.

Eyni zamanda, 16, 17, 18 və 19 may tarixlərində bütün ölkədə çölə çıxmaq qadağası tətbiq olunacaq. Yalnız mayın 18-i və 19-da yerli vaxtla saat 10:00-dan 16:00-a qədər kiçik mağazaların işləməsinə və sifarişlər üzrə malların evlərə çatdırılmasına icazə veriləcək.
(oxu.az)








İnformasiya
Qonağ qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Sponsorlu Bağlantılar
  • ÇOK OXUNAN
  • YENİ