Çinin Vuhan şəhərində COVID-19 xəstələrinin sayı yenidən artmağa başlayıb
Materik Çində son 24 saat ərzində 17 yeni koronavirusa yoluxma və xəstəliyin sipmtomsuz keçməsinin 12 faktı qeydə alınıb.
Lunar.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Çin Dövlət Səhiyyə Komitəsi bildirib.
Yeni xəstələnənlərdən 10-nu ölkə daxilində yoluxub, beş nəfəri isə Hubey vilayətində. Vilayətinin Sağlamlıq Komitəsi, aydınlaşdırdı ki, COVID-19 ilə əlaqəli beş yeni faktı keçən ilin dekabr ayında koronavirusun ilk yayıldığı Vuhan şəhərində aşkar edilib. Beləliklə, Vuhanda aktiv formada yoluxanların sayı 6 nəfərə çatıb, onların hamısı xəstəxanadadır.
Simptomsuz keçən bütün 12 yoluxma faktı ölkə daxilində qeydə alınıb, koronavirusun 780 asemptomatik daşıyıcısı tibbi nəzarətdədir.
Ölkədə sutka ərzində koronavirusla əlaqəli ölüm faktı qeydə alınmayıb.