Bilgi:
Lunar.az Informasiya Portali...

  • Şənbə   19 dekabr 2020   23:20:12  
Azərbaycanda daha 75 nəfərdə koronavirus aşkarlandı - 25-i sağaldı

Azərbaycanda daha 75 nəfərdə koronavirus aşkarlandı - 25-i sağaldı

Azərbaycanda 75 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 25 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Operativ Qərargahdan Lunar.az-a daxil olan məlumata görə, hazırkı dövrədək ölkəmizdə 2279 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 1576 nəfər müalicə olunaraq sağalıb, 28 nəfər vəfat edib, 675 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Həmin şəxslərdən 28 nəfərin vəziyyəti ağır, 39 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.

Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 181.530 test aparılıb.








İnformasiya
Qonağ qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Sponsorlu Bağlantılar
  • ÇOK OXUNAN
  • YENİ