Bu gün Bakının bəzi rayonlarında pensiya ödənişi həyata keçirilir.
Lunar.az-ın məlumatına görə, paytaxtın Xəzər, Pirallahı, Sabunçu və Suraxanı rayonlarının sakinləri bu gün pensiya ala biləcəklər.
Qeyd edək ki, dünən Bakının Səbail, Yasamal, Binəqədi, Nəsimi, Qaradağ, Nizami, Nərimanov, Xətai rayonları, həmçinin, Naxçıvan MR, Sumqayıt şəhəri və Abşeron rayonu üzrə pensiyaların ödənişi həyata keçirilib.
Yaxın günlərdə ölkəmizin digər şəhər və rayonları üzrə, həmçinin, dövlət qulluqçuları, hərbi və xüsusi rütbəli şəxslərə pensiyaların ödənişi aparılacaq.
Mayın 20-də bu ay üzrə müavinət, təqaüd və kompensasiyalar, mayın 28-də isə ünvanlı dövlət sosial yardımları veriləcək.