Binəqədi rayonunda qəribə hadisə baş verib.
Motodrom yaxınlığında yaşayan 1951-ci il təvəllüdlü Həsən Behbudzadə polisə ərizə ilə müraciət edib.
O bildirib ki, bir müddət öncə evində usta işləyən Nurlan adlı şəxs işiq qutularının altına yumurta qoyaraq üstünü suvaqla örtüb. Bundan başqa elektrik xətlərində də naqilləri qoşa-qoşa çəkərək ev sahibinə ciddi ziyan vurub.
Ustanın belə etməsinə səbəb ev sahibinin onun əmək haqqını kəsməsi olduğu bildirilir. H.Behbudzadə uzun müddət öncə qoyulan və hazırda xarab olduğu üçün evə pis qoxu yayan yumurtaya görə təmir olunan işləri sökdürüb yumurtanı tapıb, yenidən təmir etmək məcburiyytətində qaldığını deyib. O həmçinin iddia edib ki, usta Nurlan onun evindən 600 metr elektrik kabeli, 20 ədəd elektrik lampası və qırmıq oğurlayıb.
Müraciətlə bağlı RPİ-də araşdırma aparılır.