SON DƏQİQƏ! Metro istifadəçilərinə ŞAD XƏBƏR — AÇIQLAMA
Karantindən sonra koronavirus təhlükəsinə görə metrodan istifadə etməyə qorxan sərnişinlər heç də narahat olmasınlar. Çünki təhlükənin qarşısının alınması məqsədi ilə Bakı metrosunda hazırlıq işləri görülür.
Lunar.az xəbər verir ki, bunu yenicag.az-a açıqlamasında Bakı Metropoliteninin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.
O, hazırda bu istiqamətdə hazırlıq işlərinin görüldüyünü bildirib: "İşlərin qurulması və aparılmasında Nazirlər Kabineti yanında Operativ Qərargahın qərar, tapşırıq və tövsiyələrinə ciddi şəkildə əməl olunur.
Hazırda metropolitendə infrastrukturun qorunması, tunel və avadanlıqların sağlamlığının təmin edilməsi, texnoloji proseslərin, texniki istismar qaydalarının tələblərinə müvafiq qaydada təmin edilməsi işləri müntəzəm aparılır”.
Bəxtiyar Məmmədov onu da bildirib ki, metro Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarından sonra fəaliyyətini bərpa edəcək.