Nazirdən özəl məktəblərdə tədrislə bağlı RƏSMİ AÇIQLAMA - VİDEO
“Əksər özəl məktəblər fərqli formata uyğunlaşdırılmaqla xüsusi platformalar üzərindən şagirdlərə məzmunun təqdim edilməsini həyata keçirirlər”.
Lunar.az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında operativ qərargahın KİV nümayəndələri üçün keçirdiyi brifinqdə Təhsil naziri Ceyhun Bayramov bildirib.
O qeyd edib ki, özəl məktəblər də onlayn formatda tədris həyata keçirirlər:
“Bizə təqdim edilən məlumatlara görə, 100 faizə yaxın əhatəlilik təmin edilib. Özəl sektorda dövlət məktəbləri ilə müqayisədə, şagird sayı azdır.
O sayda onlayn formada məzmunun çatdırılması asandır. Özəl tədris müəssisəsi çatdırmırsa, valideynlər məsələni qaldırıb özəl məktəb rəhbərliyi ilə məsələni müzakirə etməlidir”.
Nazir əlavə edib ki, özəl məktəblərdə də xidmət təqdim edilir:
“Təqdim edilmirsə, bununla bağlı məsələ müzakirə mövzusu ola bilər”.(Oxu.Az)