Həyat yoldaşı ilə mübahisə etdi, iki övladını girov götürdü - VİDEO
Türkiyənin paytaxtı Ankarada həyat yoldaşı ilə mübahisə edən kişi iki azyaşlı övladını girov götürüb.
“HaberGlobal” məlumat verir ki, hadisə yerinə gələn hüquq-mühafizə orqanlarının əməkdaşları onunla danışıqlar aparmağa çalışır.
Kişi polislərə bildirib ki, övladlarının başına silah dirəyib və o, həyat yoldaşının hadisə yerinə gətirilməsini tələb edir.
Hadisə yerinə gələn qadın telofon vasitəsi ilə həyat yoldaşı ilə əlaqə yaradıb. Lakin kişinin hansı tələblər irəli sürdüyü haqda hələlik məlumat verilmir.