Bilgi:
Lunar.az Informasiya Portali...

  • Şənbə   19 dekabr 2020   23:20:12  
Ramin Bayramlı: "Modul tipli xəstəxanaların quraşdırılması ikinci dalğa təhlükəsi ilə bağlıdır"

Ramin Bayramlı: "Modul tipli xəstəxanaların quraşdırılması ikinci dalğa təhlükəsi ilə bağlıdır"

“Modul tipli xəstəxanaların quraşdırılması ikinci dalğa təhlükəsi ilə bağlıdır”.

APA-nın məlumatına görə, bunu bu gün karantin rejimində məhdudiyyətlərin sanitar-epidemioloji vəziyyətə uyğun olaraq yumşaldılması ilə bağlı Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.

R. Bayramlı deyib ki, təhlükənin səviyəsindən asılı olaraq modul xəstəxanaların hansı müddətə qalacağı barədə qərar veriləcək: “Ölkəmiz müharibə şəraitindədir və bu xəstəxanaları istənilən yerdə və vaxtda açaraq istifadə edə bilərik”.

TƏBİB İdarə Heyətinin sədri nəzərə çatdırıb ki, Rusiyadan Samur keçid məntəqəsindən 548 vətəndaşımız keçib və karantin zonalarında yerləşdirilib: “Xaricdən gələn vətəndaşlarımız karantin rejimində saxlanıldıqdan sonra ölkəyə buraxıla bilər”.

Səhiyyə nazirinin müavini Viktor Qasımov qeyd edib ki, xaricdən gələnlərin karantinə götürülməsi insanlarımızın sağlamlığının qorunması ilə bağlıdır.








İnformasiya
Qonağ qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Sponsorlu Bağlantılar
  • ÇOK OXUNAN
  • YENİ