Bilgi:
Lunar.az Informasiya Portali...

  • Şənbə   19 dekabr 2020   23:20:12  
Küçələrin dezinfeksiya olunmas əhəmiyyətsizdir? – VİDEO

Küçələrin dezinfeksiya olunmas əhəmiyyətsizdir? – VİDEO

Mövcud pandeyima ilə mübarizə üsullarından biri də, miqyaslı şəkildə küçə və xiyabanların xüsusi məhlullarla yuyulmasıdır. Bütün dünyada olduğu kimi Azərbaycanda da bu işlər icra edilir. Virusun yayıldığı ilk dövrlərdən bugünə qədər bütün mütəxəssislərin yekdil fikiri ondan ibarət olub ki, COVİD-19 insandan insana keçir. Müəyyən səhtlərdə bu virusun yaşama müddəti çox azdır.

Mövzu ilə bağlı ARB TV-nin “Günə Doğru” proqramında süjet yayımlanıb.

İlqar Hüseynli – Ekspert: “Bu virusun necə yaranması, onun qarşısının alınması ilə bağlı çox az məlumat var. COVİD-19 infeksiyasının insan bədənində formalaşması və inkifaşı 5-6 günə biruzə verdiyindən ehtimal olunur ki, bu virus müəyyən səhtlərdə bir neçə saat, bir neçə dəqiqə qala bilər. Amma bərk, asfalt, mərmər kimi səhtlərdə 2 saatdan arıq ömrü olmur. Səbəb isə, açıq havada bu virusun tez digər maddələr tərəfindən məhv edilməsidir”.

Bəs, belə olan halda açıq səma altındakı yerlər, yollar və digər ərazilər niyə xüsusi məhullarla yuyulur?

Adil Qeybulla – Həkim: “ÜST-ün missiyası bütün ölkələrdə var. Eyni zamanda bizdə. Görülən təbdirlər onlarla məsləhətləşdirilir. Və bizim bütün fəaliyyətimiz, o cümlədən yolların dezinfeksiya edilməsi ÜST-ün tövsiyyə etdiyi karantin tədbirləri çərçivəsindədir. Ola bilsin bir zaman sonra buna ehtiyyac yaranmayacaq. Amma bugün bu tədbirlər həyata keçirilməlidir”.

Məsələnin digər tərəfi, bu məhulların ekologiyaya, mikro orqanizmlərə vurduğu ziyandır. Sosial şəbəkələrdə çöl quşlarının ölməsi, yaşıllıqlardakı mikroorqanizmlərin bu məhlulların təsiri ilə məhvə məhkumluğu ilə bağlı məlumatlar paylaşılıb. Ekspertlərin fikrincə, bu işlərin icrası zamanı ekoloji standartlar da nəzərə alınmalıdır.

Asif İbrahimov - Mütəxəssis: “Dezinfeksiya, derantizasiya işlərində istifadə olunan kimyəvi məhulların tərkibinə diqqətlə baxılmalıdır. Əgər hər-hansısa bir ətraf mühitə, insanlara və ya digər canlı orqanizmlərə təsiri ola biləcək maddələrdirsə, bunlar diqqətlə təhlil olunmalıdır”.

Mütəxəssislər deyir ki, görülən bu tədbirlərdən sonra postpandemiya dövründə virusun qarşısının alınması üçün konkrekt nəticələrin əldə olunmasına şərait yaradacaq.










İnformasiya
Qonağ qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Sponsorlu Bağlantılar
  • ÇOK OXUNAN
  • YENİ