Karantin vaxtı otelə cinsi əlaqədə olmağa gedən cütlük tutuldu - FOTO
Karantin qaydalarını pozaraq cinsi əlaqədə olmaq üçün otelə gedən cütlük sərt şəkildə cəzalandırılıb.
Lunar.az The Sun-a istinadla xəbər verir ki, sosial izolyasiya tədbirlərini heçə sayaraq cinsi əlaqədə olmaq üçün otelə gedən cütlük şallaqlanıb.
Lakin onların qamçılanmasının əsas səbəbi karantin qaydalarını pozmaları deyil, zina (nikahsız intim yaxınlıq) etmələridir. Belə ki, İndoneziyada nikah bağlamayan şəxslər cinsi əlaqədə olarsa, onlar hər kəsin gözü qarşısında şallaqlanırlar.
Bu dəfə qaydaları pozan cütlük ölkədə sosial izolyasiya tədbirləri həyata keçirildiyinə görə hər kəsin gözü qarşısında deyil, qapalı ərazidə şallaqlanıblar.
Qeyd edək ki, İndoneziyanın Aceh şəhərində 2005-ci ildən yüzlərlə insan şallaqlanıb. Burada ailə qurmadan qucaqlaşan, səmimi anlar yaşayan və cinsi əlaqədə olan cütlüklər sərt şəkildə cəzalandırılırlar.