Azərbaycanda komaya düşən tələbə öldü - 6 aylıq hamilə imiş
Azərbaycanda xəstəxənaya yerləşdirilən hamilə qadın ölüb.
“Report”un məlumatına görə, 6 aylıq hamilə olan Samirə Məmmədzadə beyninə qan sızması diaqnozu ilə xəstəxanaya yerləşdirilib.
Vəziyyəti ağırlaşaraq komaya düşən qadının həyatını xilas etmək mümkün olmayıb.
Qeyd edək ki, S.Məmmədzadə Lənkəran Dövlət Universitetinin (LDU) Təbiyyat fakültəsinin Tarix və coğrafiya müəllimliyi ixtisası üzrə V kurs tələbəsi olub.