"Pulun varsa sağalırsan, yoxdursa, küçədə ölürsən, meyitini də yandırırlar"
Lunar.az haberler-ə istinadla xəbər verir ki, bu sözləri uzun müddətdir ABŞ-da yaşayan Yeşilçam aktrisası Ahu Tuğba koronavirusla bağlı danışarkən söyləyib.
"ABŞ-da pulun yoxdursa, küçədə ölürsən, meyitini də yandırırlar. Qonşumuz xəstəxanaya getmişdi, kilsə xəstəxanasıydı, baxmadılar, 3 gün gözlətdilər", - o açıqlayıb.
Qeyd edək ki, ABŞ-da 336,830 insan koronavirusa yoluxub, 9618 nəfər bu virusdan dünyasını dəyişib.