Qazaxıstanda yeni koronavirus səbəbindən hərbi xidmətə yaz çağırışı və bir il xidmət edən əsgərlərin tərxis edilməsi dayandırılıb.
Lunar.az AZƏRTAC-a istinadən bildirir ki, Qazaxıstan Müdafiə Nazirliyi fövqəladə vəziyyət tətbiq edilməsi ilə əlaqədar olaraq 2020-ci ilin yazında hərbi xidmətə çağırışı və əsgərlərin tərxis edilməsini dayandırıb.
Martın 24-də çərşənbə axşamı günü ölkədə koronavirusa 69 yoluxma faktı təsdiqlənib.