Türkiyə mətbuatı son günlər FETÖ ilə əlaqədar həbs edilən Mübariz Mənsimovun ABŞ
Xəzinəsini 1 milyard dollarlıq aldadan və 130 il həbs cəzası istənilən amerikalı iş adamı Levon Termenjyanla əlaqələrindən yazır. Məlum olub ki, 2016-cı ildə Mənsimov bu adamla şərikli olaraq "Palmali USA LLC” gəmi şirkəti yaradıblar. Mənsimov daha əvvəl ermənilərlə iş birliyi barədə deyilənlərə cavab olaraq, "Şirkətimdə 3-cü nəsil erməni olduğunu eşitsəm, dərhal qovaram. Azərbaycanlı erməni ilə əməkdaşlıq edərsə, o, azərbaycanlı deyil, xaindir” söyləyib.
Bu barədə açıqlama verən iqtisadçı ekspert Pərviz Heydərov həbsi həddidən artıq siyasiləşdirilən, lakin onun üçün sadəcə sahibkar olan Mübariz Mənsimovun bu cür danışmaqla özünə ucuz şöhrət qazanmaq istədiyini deyib.
Mübariz Mənsimov erməni olduğunu bilsəm işdən qovaram dedikdə nə qədər səmimidir? - Rəy
"Bu şəxs deyir ki, şirkətimdə 3-cü nəsil erməni olduğunu eşitsəm dərhal qovaram. Bildiyim qədəri ilə onun rəhbərlik etdiyi "Palmali Group”un müxtəlif mövqelərdə çalışan yüzlərlə işçisi olub. Belə çıxır ki, Mənsimov bunların hamısının şəcərəsini araşdırıb işə götürür. Bu praktiki olaraq mümkünsüz olduğundan belə bəyanatlar populizmdən başqa bir şey deyil. Ümumiyyətlə xeyli vaxtdır bu şəxs haqqında "yaxşı oğlan” obrazı formalaşdırılır və cəmiyyətə bununla bağlı ismarıclar ötürülürdü. Bunun ardınca isə onun siyasi xarakterli, populist, biraz vətənpərvər bəyanatları yer almağa başladı. Bütün dediklərim Mənsimovun biznesinin tənəzzülə getməsindən sonra daha da aktivləşdi. Bir məsələyə xüsusi diqqət çəkmək istəyirəm. Bu gün müxtəlif şirkətlər Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə edir. Bu sosial bir layihədir və bunun həmin şirkətin rəhbərinin adına bağlamaq heç kəsin ağlına gəlmir. Nə qədər qəribə səslənsədə görülən bütün xeyri işləri "Palmali Group”un yox bilavasitə Mənsimovun adına və onun insani keyfiyyətlərinə bağlanır. Hərçənd ki, bunun insanı keyfiyyətlərklə heç bir əlaqəsi yoxdur. Bu cür imkana malik birinin kiməsə kömək etməsi, xeyriyyə layihələrində iştirakı istər isətəməz qaçılmazdır. Bu mənada Mənsimovun "yaxşı oğlan”, "mesenat” obrazı kifayət qədər şişirdilib və özünə ucuz şöhrət qazanmaqdan başqa bir şey deyil”