Lunar.az Trend-ə istinadən xəbər verir ki, hadisə Nərimanov rayonu, Ağanemətulla küçəsi 80 ünvanında qeydə alınıb. Ərzaq mağazasından oğurluq edən şəxs kassaya yaxınlaşaraq pulu xırdalamağı xahiş edir. Xəzinədarın pul xırdalamağa başı qarışan zaman oğru piştaxtadan malları götürərək cibinə qoyur. Həmin anlar mağazadakı müşahidə kamerasına düşüb.
Mağaza sahibi qeyd edib ki, bu, son dövrlərdə adıçəkilən ünvanda baş verən tək oğurluq hadisəsi deyil. Bundan əvvəl də sözügedən mağazada oğurluqlar olub.
Mağaza əməkdaşları oğurluq hadisəsi barədə artıq yerli polisə də müraciət ediblər