Bilgi:
Lunar.az Informasiya Portali...

  • Şənbə   19 dekabr 2020   23:20:12  
Dünya ölkələri HƏRƏKƏTƏ KEÇDİ - Koronavirusa qarşı hazırlanan DƏRMANLARIN SİYAHISI

Dünya ölkələri HƏRƏKƏTƏ KEÇDİ - Koronavirusa qarşı hazırlanan DƏRMANLARIN SİYAHISI

Yeni tip koronavirusu müalicə edəcək bir dərman hələ ki, yoxdur. Lakin firmalar xəstəliyə çarə tapmaq üçün bir-biri ilə sanki yarışa girib.

Dərman şirkətləri, xüsusilə, Ebola, HİV kimi ölümcül xəstəliklərdə istifadə edilən peyvəndlərə ümid edir. Onları koronavirusa qarşı təkmilləşdirir.

Ümidverici açıqlama

Çinin Təhsil və Texnologiya nazirinin köməkçisi Şu Nanpinqdən ümidverici açıqlama gəlib. O, Kovid-19 vaksininin klinik araşdırmalarının aprel ayına qədər hazır olacağını söyləyib. Çin Milli Tibbi Məhsullar İdarəsi də anti-viral dərman olan "Favilavir"in koronavirusa qarşı müalicə məqsədilə istifadəsini təsdiq edib. 70 xəstə üzərində sınaqdan keçirilən dərman müsbət effekt verib.

İşin başında ABŞ dayanır

*"Altimmune" firması koronavirusa qarşı burun spreyi ərsəyə gətirib. Qripin müalicəsi üçün istifadə olunan "NasoVAX"a bənzəyən bu dərmanın sınaqdan keçirilməsi heyvanlar üzərində olacaq.

*Digər bir Amerika şirkəti "Inovio Pharmaceuticals" köhnə vaksin olan "INO-4800"ü koronavirusa qarşı təkmilləşdirmək üçün hərəkətə keçib. Kliniki araşdırmalara başlayan firmaya 9 milyon dollarlıq büdcə ayrılıb. Firma ABŞ, Çin və Cənubi Koreyadakı xəstələr üzərində sınanması üçün min doza hazırlayıb. Nəticələrin sentyabr ayına qədər bəlli olacağı düşünülür. İlin sonuna qədərsə bir milyon doza hazırlanacaq.

*Kanadanın "Algernon Pharmaceuticals" firması da vaksin hazırlamağa başlayıb. "NP-120" dərmanını müalicə üçün təkmilləşdirəcək firmanın bu vaksini H5N1 virusuna yoluxmuş siçanlar üzərində keçirilən sınaqlarda müsbət nəticələr vermişdi.

*ABŞ Milli Allergiya və Yoluxucu Xəstəliklər İnstitutunun nəzdindəki Peyvənd Araşdırma Mərkəzi koronavirusa qarşı hərəkətə keçib. Mərkəz peyvənd ərsəyə gətirmək üçün əməkdaşlığa başlayıb. Virusun Spike (S) proteinini hədəf alan peyvəndin ilk şüşələri Massaçusets əyalətindəki müəssisədə istehsal olunub. Sınaq gələn ay olacaq.

*"Tonix Pharmaceuticals" qazanc məqsədi olmayan "Southern Research" araşdırma qurumu ilə "TNX-1800" adlı anti-koronavirus peyvəndinin istehsalı üçün əməkdaşlıq qurub.

*Baş ofisi ABŞ-da yerləşən "Vaxart" firması verbal qəbul edilən tablet istehsal edir.

*Avstriyanın "APEIRON Biologics AG" biotexnologiya şirkətinin "APN01" adlı dərmanı da mübarizəyə qoşulub. Dərmanın qaynağı Britaniya Kolumbiyası Universitetindəki professorun SARS ilə mübarizəsindədir. Dərmanın pilot sınağı Çində olacaq.

*İsrailin MIGAL Galili Araşdırma İnstitutu quş qripi üçün təkmilləşdirilən Yoluxucu Bronxit Virusu (IBV) peyvəndini Kovid-19-a qarşı hazırlayacaq. 4 illik araşdırmadan sonra tapılan vaksin 10 həftə sonra testə hazır olacaq.

Çin mərkəzli qlobal biotexnologiya şirkəti olan "Clover Biopharmaceuticals" S proteininə (S-Trimer) istinad edən koronavirus vaksini yaradıb. 10 fevralda məməli üzərində sınaqdan keçirilib.

Ebolanın düşməni yeni ümid ola bilər

"Gilead Sciences" tərəfindən Ebola epidemiyasına qarşı təkmilləşdirilən "GS-5734" dərmanının Asiya ölkələrində kliniki işləri başlayıb. Dərman virusun yayıldığı ərazi olan Çinin Uhan şəhərindəki 761 xəstə üzərində sınaqdan keçirilib. Nəticəsi bir neçə günə bəlli olacaq. "Yeni İngiltərə" tibb dərgisinin hesabatına görə, ABŞ-dakı koronavirus xəstəsinə tətbiq edilən dərman pozitiv nəticələr verib. Nebraska Universiteti Tibb Mərkəzi də dərmanın etibarlılığını və təsirini test etmək üçün işlərə başlayıb. Mərkəzin dərmanı tətbiq edəcəyi ilk xəstə "Diamond Princess" sərnişin gəmisindən təxliyə edilən şəxs olacaq.

Anti-viral dərman olan "Galidesivir" (BCX4430) koronavirus daxil olmaqla, bir çox çeşidli patogenlərə qarşı geniş spektrumlu aktivlik göstərib. Ebola, Zika, Marburq və Sarı qızdırmaları kimi ölümcül viruslara yoluxan xəstələrin həyatla vidalaşmasına əngəl olub.

CEL-SCI LEAPS peptit texnologiyasından istifadə edərək Kovid-19-a qarşı immune-terapiya təkmilləşdirir. Bu texnologiya ilə yaşlı xəstələrin ağciyər infeksiyasından qaynaqlanan iltihabları azalacaq.

"Mateon Therapeutics" süni intellektdən faydalanaraq cavab proqramı hazırlayıb. Firma Kovid-19 müalicələri ilə yanaşı, gələcəkdəki digər epidemiyaların qarşısını almaq üçün çoxmodlu yanaşma bölümü qurub.

İran da koronavirusa qarşı "Actemra" adlı dərman hazırladığını açıqlayıb. (publika.az)








İnformasiya
Qonağ qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Sponsorlu Bağlantılar
  • ÇOK OXUNAN
  • YENİ