Rusiyada dəhşətli hadisə - Azyaşlı uşaqlar öldü Rusiyada dəhşətli hadisə - Azyaşlı uşaqlar öldü Rusiyanın Xantı-Mansi muxtar dairəsinin Yuqorsk şəhərində gecə saatlarında taxta ev yanıb.
Hadisə nəticəsində evdə olan 5,8 və 11 yaşlı uşaqlar həyatını itirib. Onlardan biri xəstəxanada dünyasını dəyişib. Uşaqların anası kritik vəziyyətdə reanimasiyaya çatdırılıb.
Yanğının gecəyarısı başladığı və 24 kv.m ərazini əhatə etdiyi bildirilir. Alov 20 dəqiqə ərzində söndürülüb.
İlkin versiyaya görə, hadisəyə səbəb eletrik xətlərinin istifadə qaydalarının pozulması olub. Faktla bağlı müvafiq maddə ilə cinayət işi açılıb.(publika)