Bilgi:
Lunar.az Informasiya Portali...

  • Şənbə   19 dekabr 2020   23:20:12  
Bakıda azyaşlı qıza qarşı seksual hərəkətlər edən şəxs HAKİM QARŞISINDA

Bakıda azyaşlı qıza qarşı seksual hərəkətlər edən şəxs HAKİM QARŞISINDA

Bakıda azyaşlı qıza qarşı seksual xarakterli zorakılıq əməlləri törətməkdə təqsirli bilinən Eyvan Hüseynovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Lunar.az ölkə.az-a istinadən xəbər verir ki, cinayət işinin materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Azər Paşayevin icraatına verilib.

İş üzrə məhkəmə hazırlıq iclası martın 6-na təyin olunub.

Qeyd edək ki, azyaşlı S.Məmmədovanın (şərti) ailəsi Eyvaz adlı şəxsin onların körpə qızına qarşı seksual zorakılıq etməsi barəsində polisə müraciət edib.

Bundan həmin şəxs müəyyən edilərək cinayət məsuliyyətinə cəlb edilib.

Saxlanılan Hüseynov Eyvaz Sultan oğlu barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 150.3.3-cü, yəni, seksual xarakterli zorakılıq hərəkətləri — 14 yaşına çatmayan şəxs barəsində törədildikdə maddəsi ilə ittiham elan olunub.








İnformasiya
Qonağ qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Sponsorlu Bağlantılar
  • ÇOK OXUNAN
  • YENİ