Gürcüstan İrana və İtaliyaya daşımaları dayandırır
Gürcüstan Yerüstü Nəqliyyat Agentliyi fevralın 28-dən başlayaraq İrana və İtaliyaya sərnişin və yük daşımaları üçün icazələrin verilməsini dayandırır.
Lunar.az Trend-ə istinadən bildirir ki, bu iki ölkə istiqamətində hazırda etibarlı olan icazələr də qüvvədən düşmüş hesab edilir.
Xatırladaq ki, bu gün Gürcüstanda koronavirusa daha bir yoluxma halı qeydə alınıb. [banner_popup] {banner_popup} [/banner_popup] Virus İtaliyadan qayıtmış Gürcüstan vətəndaşında aşkarlanıb.