BŞİH bağçalarla bağlı müşavirə keçirəcək - Koronavirusa görə
Koronavirus xəstəliyi səbəbindən Azərbaycanın məktəbəqədər təhsil müəssisələrində davamiyyət aşağı düşüb.
Valideynlər azyaşlıları bağçalara göndərməkdən imtina edirlər.
Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) mətbuat xidmətinin rəhbəri İsrafil Kərimov Modern.az-a açıqlamasında bildirib ki, yaxın günlərdə yayılan xəbərlərə aydınlıq gətiriləcək: [banner_popup] {banner_popup} [/banner_popup] “Hazırda məktəbəqədər təhsil müəssisələrində davamiyyət barədə konkret bir söz deyə bilmərəm. Gələn həftə məktəbəqədər təhsil müəssisləri ilə bağlı İcra Hakimiyyətində müşavirə keçiriləcək. Güman ki, bu məsələlər də orada müzakirə olunacaq”.