Ana 2 yaşlı qızını altını islatdığına görə boğub öldürdü - FOTO
2 yaşlı qızını öldürən qadın həbs olunub.
Milli.Az xarici mətbuata istinadla bildirir ki, hadisə Nyu-Yorkun Bruklin səmtində baş verib. 28 yaşlı Lin Li adlı qadın 2 yaşlı qızının başını suya salaraq boğulana qədər çıxartmayıb.
Məhkəmədə onun 18 il müddətinə həbs olunması barədə qərar qəbul edilib. O, ifadəsində bildirib ki, Melodi adlı qızını altını islatdığına görə cəzalandırmaq üçün belə edib.
Qeyd edək ki, o, birinci ifadəsində qızını öldürdüyünü təkzib etmişdi.