İranlı millət vəkili Mahmud Sadıqi də koronavirusa yoluxub.
Lunar.az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə deputat özü Tvitter səhifəsində açıqlama yayıb:
"Covid-19 analizlərim pozitiv çıxdı. Bu mesajı bu dünyada yaşamaq ümidim az olduğu vəziyyətdə ikən yazıram".
[banner_popup] {banner_popup} [/banner_popup]
Xatırladaq ki, İranın Səhiyyə nazirinin müavini İrəc Hərirçi də koronavirusa yoluxub. Ölkədə virusdan dünyasını dəyişənlərin sayı 15 nəfərdir. 95 nəfərdə isə koronavirusa yoluxma halı qeydə alınıb.