Çində tibbi maska çatışmazlığı ilə mübarizə üçün yeni çarəyə baş vuruldu
Çində tibbi maska çatışmazlığını aradan qaldırmaq üçün yeni fabrik tikilir.
Lunar.az bakupost-a istinadən bildirir ki, müəssisənin altı günə inşa ediləcəyi gözlənilir. Burada hər gün 250 min maskanın hazırlanması nəzərdə tutulur.
Son məlumatlara görə, Çinin Hubey əyalətində koronavirusdan ölənlərin sayı 1696 nəfərə çatıb. 6639 nəfər xəstəlikdən tam sağalıb.
Virusa yoluxanların sayı isə 58,1 min nəfər təşkil edib.