Bilgi:
Lunar.az Informasiya Portali...

  • Şənbə   19 dekabr 2020   23:20:12  
Prezident İlham Əliyev Paşinyanı darmadağın etdi - TƏHLİL

Prezident İlham Əliyev Paşinyanı darmadağın etdi - TƏHLİL

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı panel müzakirələri keçirildi.

Prezident İlham Əliyev debatda məntiqli, tutarlı, faktlarla zəngin arqumentlər səsləndirməklə üstünlüyü əldən vermədi.

Bu fonda isə Ermənistan hökumətinin başçısı ənənəvi ampluasında idi. N.Paşinyanın daha çox hansısa qəzetdə çıxan materiallara istinad etməsi isə gülüş doğururdu.

N.Paşinyanın çıxışında Xocalı faciəsinin Azərbaycan tərəfindən törədilməsi ilə bağlı cəfəng iddia səsləndirməsi, üstəlik, bu fikrini “gücləndirmək” üçün Azərbaycanın eks-prezidenti Ayaz Mütəllibova istinad etməsi İlham Əliyevin buna yerində cavab verməsi ilə nəticələndi.

İlham Əliyev cavabında dedi ki, Ayaz Mütəllibov dəfələrlə Azərbaycanın Xocalı faciəsini törətməsi ilə bağlı fikir səsləndirmədiyini söyləyib.

Ölkə başçısı bunun erməni jurnalistlərin fantaziyası olduğuna diqqət çəkdi.

Aciz qalan N.Paşinyan diplomatik ritorika, diplomatik arqument və diplomatik manevrlərdən çox, qəzetçilik təcrübəsinə söykəndi. O, “Xocalı faciəsini Azərbaycan törədib” fikrini əsaslandırmaq üçün yalnız Ayaz Mütəllibovun müsahibəsində belə dediyini söyləməklə vəziyyətdən çıxmağa cəhd göstərdi.

Amma İlham Əliyevin dediyi kimi, Ayaz Mütəllibov dəfələrlə müsahibədə belə bir fikir səsləndirmədiyini bəyan edib. İlham Əliyev Ermənistanın Xocalıda soyqırımı törətdiyini faktlar və rəqəmlərlə səsləndirib.

Digər tərəfdən, Nikol Paşinyan Azərbaycanın işğal altındakı torpaqlarında yaradılmış separatçı rejimin danışıqlarda tərəf kimi iştirakının vacibliyini vurğuladı.

İlham Əliyev isə xatırlatdı ki, dünya birliyi, hər hansı dövlət Dağlıq Qarabağdakı qondarma rejimi tanımır.

“ATƏT-in Minsk qrupunun həmsədrləri Ermənistana izah etməlidirlər ki, Dağlıq Qarabağ Ermənistan deyil. Heç bir ölkə Dağlıq Qarabağı tanımayıb”, - deyə Prezident əlavə edib.

Prezident çıxışında Ermənistanın Azərbaycanın işğal edilmiş ərazilərində mədəni irsi məhv etdiyini də diqqətə çatdırıb.

Münaqişənin həlli üçün əsas şərtin Ermənistanın işğal edilmiş torpaqlardan dərhal və qeyd-şərtsiz çıxması olduğunu dilə gətirib.

Ölkə başçısının debatın əvvəlində tarixdən nümunələr gətirərək, Qarabağın Azərbaycanın əzəli torpağı olduğunu deməsi də mühüm mesaj idi.

Bunun ardınca diplomatiyaya keçid edərək, BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı qətnamələrini xatırlatması onun arqumentini daha da güclü etdi.

Nikol Paşinyan isə debat zamanı iki dəfə çaşdı. Bu, onun nə qədər hazırlıqsız olmasından xəbər verir. Belə ki, çıxışında “Qafqaz Bürosu qərar çıxarmışdı ki, Qarabağ Azərbaycanın olsun” deyəndən sonra “Üzr istəyirəm, Ermənistan” deməsi Baş naziri gülünc vəziyyətə saldı.

Bundan başqa, o, keçmiş Şaumyan rayonunun (indiki Goranboy) Dağlıq Qarabağa aid olduğunu deyərkən İlham Əliyev dərhal buna reaksiya verib.

İlham Əliyev bildirib ki, Şaumyan rayonu Dağlıq Qarabağa aid deyil.

Ümumilikdə Azərbaycan Prezidentinin tarixi faktlara diqqət çəkməsi moderatorun (Rusiya-Amerika Fondunun icraçı direktoru Selesta Vallander) da marağına səbəb oldu. O, “burada tarix dərsi keçilir” deməklə, əslində, İlham Əliyevin arqumentlərinin daha güclü olduğuna işarə etdi.

Debatın ümumi mənzərəsində Nikol Paşinyan çox zəif və hazırlıqsız görünürdü.

mənbə: oxu.az








İnformasiya
Qonağ qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Sponsorlu Bağlantılar
  • ÇOK OXUNAN
  • YENİ