Bilgi:
Lunar.az Informasiya Portali...

  • Şənbə   19 dekabr 2020   23:20:12  
Tayland həkimləri “Koronavirus”a yoluxan xəstəni sağaltdılar

Tayland həkimləri “Koronavirus”a yoluxan xəstəni sağaltdılar

Çində başlayan və bütün dünyanı qorxuya salan "koronavirus" adı verilən "2019-nCoV" virusu ilə bağlı bu gün sevindirici xəbər gəlib.

Lunar.az musavat.com-a istinadən bildirir ki, Tayland alimlərinin bu mikroba yoluxan xəstələr üzərində apardığı müalicə tədbirləri müsbət nəticə verib.

Banqkoqdakı Racaviti xəstəxanısının həkimləri həmin xəstələrə QİÇS və qrip əleyhinə tətbiq olunan dərmanların qarışımından ibarət məhlulu verdikdən 48 saat sonra onların halında yaxşılaşma müşahidə ediblər.

Bunların arasında Uhandan gələn 70 yaşlı çinli bir qadın da var.

Tayland həkimləri müalicə zamanı anti-HİV dərmanı sayılan "lopinavr" və "ritonavir" dərmanı ilə qripə qarşı tətbiq olunan "oseltamivir" dərmanının qarışığından istifadə ediblər.

Nəticədə xəstələr üzərində aparılan test 48 saat sonra onların virusu məğlub etməyə başladıqlarını göstərib.

Lakin Racaviti xəstəxanasının həkimlərindən Kriansqska Atiporvaniş bunun virusun müalicəsi üçün qəti əlac olmadığını, sadəcə xəstələrin halını yaxşılaşdırdığını qeyd edib. O, bunun üçün hələ irəlidə atılacaq çox addımın olduğunu vurğulayıb.

Qeyd olunur ki, Taylandda 19 yeni tip koronavirus vaqiəsinə rastlanıb. Bunlardan 8-nin sağladığı, digər 11-nin isə hələ müalicə edildiyi bildirilir.








İnformasiya
Qonağ qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Sponsorlu Bağlantılar
  • ÇOK OXUNAN
  • YENİ