Uşaqlara BU VİDEONU göstərən müəlliməni POLİSƏ VERDİLƏR - VİDEO
Cənubi Koreyada dərs deyən kanadalı İngilis dili müəlliməsi şagirdlərə hannibalizm haqqında video göstərdiyi üçün uşaqlara qarşı zorakılıqda ittiham olunur.
Lunar.az-ın lenta.ru-ya istinadən verdiyi xəbərə görə, bu barədə "South China Morning Post" qəzeti yazır.
Belə ki, BBC telekanalının "Hər şeyin sirləri" (Secrets of Everything) sənədli filmindən olan "İnsan əti necə dadır?" başlıqlı dörd dəqiqəlik videoda aparıcı Qreq Fut tibbi laboratoriyaya baş çəkir. Orada biopsiya vasitəsilə onun budundan kiçik bir əzələ toxuması götürülür. Lakin insanın hətta öz ətini yeməsi qanuna zidd olduğu üçün həmin ətin dadına baxa bilməyən Qreq dadı və ətri insan ətinə bənzər farş hazırlayıb yeyir. Qida məhsullarının dadını analiz edən laboratoriyada ona başa salırlar ki, insan əti quzu və donuz ətinin qarışığının dadını verir. Futun yediyi kotleti də elə bu iki ətin qarışığından hazırlayır.
Videonu izləyən uşaqların bəziləri 6 yaşdan da kiçik olub və görüntülərin uşqları şoka saldığı deyilir. Ekrana baxmamaq üçün əllərilə üzlərini tutanlar da olub.
Hüquq-mühafizə orqanının rəsmisinin sözlərinə görə, hazırda şagirdlərin posttravmatik stress pozğunluğundan müalicəyə ehtiyacı var. Valideynlərin şikayətindən sonra polis kanadalı müəllimə ilə maraqlanıb. İstintaq bitməyincə ona Cənubi Koreyanı tərk etmək qadağan olunub.
Müəllimə uşaqlardan birinin ondan insan ətinin dadı barədə soruşduqdan sonra videonu tapdığını iddia deyir.